...

“Nar” türkiyəli tanınmış idman şərhçisini Bakıya dəvət etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2015 10:48 (UTC +04:00)
“Nar” türkiyəli tanınmış idman şərhçisini Bakıya dəvət etdi
“Nar” türkiyəli tanınmış idman şərhçisini Bakıya dəvət etdi

Azərbaycan, Bakı, 15 may /Trend/

"Nar" türkiyəli tanınmış idman şərhçisini Bakıya dəvət edib. Gökhan Günaydın azərbaycanlı idman jurnalistlərinə təlim keçib.

Şirkətdən Trend-ə verilən məlumata görə, Bakı-2015 I Avropa oyunlarının rəsmi tərəfdaşlarından biri və mobil rabitə təminatçısı olan "Nar" Azərbaycanda idman jurnalistikasının inkişafına dəstək vermək və media nümayəndələrinin peşəkar hazırlıq səviyyəsinin artırılmasını təmin etmək məqsədilə idman jurnalistləri üçün xüsusi təlim təşkil edib. Təlimin aparılması üçün türkiyəli tanınmış idman şərhçisi, TRT kanalının İdman verilişləri redaksiyası və TRT Spor kanalında böyük təcrübə toplamış idman jurnalisti Gökhan Günaydın "Nar" rabitə operatoru tərəfindən təlimçi qismində Bakıya dəvət edilib.

Mayın 14-də Bakıdakı "Park Inn" otelində keçirilən bir günlük təlimdə çoxsaylı media qurumlarını təmsil edən 50-dək idman jurnalisti iştirak edib. Təlimçi Gökhan Günaydın idman şərhçisi və icmalçının necə işləməli olduğu, idman xəbərlərinin yayım metodikası barədə jurnalistlərə dəyərli məlumatlar verərək, idmanın təşviqində media resurslarının rolu haqqında ətraflı söhbət açıb.

Qeyd etmək lazımdır ki, təlimin keçirilməsində əsas məqsəd Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində idman jurnalistlərinin irimiqyaslı beynəlxalq turnirlərə tam hazırlığının təmin edilməsi, onların yarışlar boyunca yüksək səviyyədə peşə fəaliyyəti göstərmələri və informativ reportajlar hazırlamaları olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti