...

"Azər Türk Bank" və ASAN arasında görüş keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2017 17:34 (UTC +04:00)
"Azər Türk Bank"ın baş ofisində görüş keçirilib.
"Azər Türk Bank" və ASAN arasında görüş keçirilib  (FOTO)

Bakı. Trend:

"Azər Türk Bank" və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ASAN könüllüləri üçün bankçılıq sahəsində təşkil olunmuş təlimlərin uğurlu yekunu ilə əlaqədar hər iki qurumun nümayəndələrinin iştirakı ilə "Azər Türk Bank"ın baş ofisində görüş keçirilib.

Bankdan Trend-ə verilən məlumata görə, tədbirdə iştirak edən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Aparatının rəhbəri Azad Cəfərli öz çıxışında "Azər Türk Bank"ın "ASAN School" könüllülük proqramının reallaşdırılmasında göstərdiyi təşəbbüsə və bu proqramın "Master 2" pilləsinin uğurla həyata keçirilməsində dəstəyinə görə minnətdarlığını bildirib."Azer Turk Bank"ın baş direktoru Rəsul Hüseynov gələcəkdə də bu istiqamətdə əməkdaşlığın məmnuniyyətlə davam etdiriləciyini, bankın bu xeyirxah missiyaya daim dəstək olmağa hazır olduğunu vurğulayıb.

Tədbirdə "ASAN School" könüllülük proqramının rəhbəri, İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev, İnsan resursları və təlim şöbəsinin əməkdaşı Əsli İbrahimli iştirak ediblər. Tədbirin sonunda könüllülərə sertifikatlar təqdim edilib, "ASAN School" və "Azər Türk Bank"ın əməkdaşlığı ilə "Master 2" proqramının regionlarda da keçirilməsi barədə fikir mübadiləsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti