...

Zəngəzur dəhlizinin açılması Özbəkistanla Xəzər və Qara dəniz ölkələri arasında nəqliyyat əlaqəsinin inkişafı üçün əlavə stimul ola bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2021 08:00 (UTC +04:00)
Zəngəzur dəhlizinin açılması Özbəkistanla Xəzər və Qara dəniz ölkələri arasında nəqliyyat əlaqəsinin inkişafı üçün əlavə stimul ola bilər

Bakı. Sədrəddin Ağcayev - Trend:

Zəngəzur dəhlizinin açılması Özbəkistanla Xəzər və Qara dəniz ölkələri arasında nəqliyyat əlaqəsinin inkişafı üçün əlavə stimul ola bilər.

Bunu Trend-ə "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

Onun sözlərinə görə, Özbəkistan 2019-cu ildə mövcud və tikilməkdə olan dəmir yollarının əsasında nəqliyyat-logistika layihəsinə təşəbbüs göstərmişdi:

"Bu layihə Çin, Qırğızıstan, Özbəkistan, Türkmənistanın Xəzər dənizinə, Azərbaycan, Gürcüstan və Türkiyəyə çıxmaqla dəmir yollarının birləşdirilməsini nəzərdə tutur. Bu logistika marşrutu çox vacibdir, belə ki, Özbəkistan-Türkmənistan dəmiryolları və nəqliyyat əlaqəsi sistemi bu layihənin tərkib hissəsidir. Bu baxımdan bizim üçün vacibdir ki, Türkmənbaşı-Ələt maşrutu inkişaf etsin və yeni iştirakçılar cəlb olunsun".

İ.Vəlizadə vurğulayıb ki, bu marşrutlar Cənubi Qafqazın kommunikasiya sistemləri il uyğunlaşdırılmalıdır:

"Bundan başqa, Zəngəzur dəhlizinin açılması Özbəkistanla Xəzər və Qara dəniz ölkələri arasında nəqliyyat əlaqəsinin inkişafı üçün əlavə stimul ola bilər".

Qeyd edək ki, ötən gün Özbəkistan və Türkmənistan prezidentləri nəqliyyat-logistika infrastrukturunun inkişafı, Cənubi Qafqaz dəhlizləri vasitəsilə yeni bazarlara çıxış imkanlarını müzakirə ediblər.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti