...

Azərbaycanla Əlcəzair arasında KOB sektorunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2022 14:35 (UTC +04:00)
Azərbaycanla Əlcəzair arasında KOB sektorunda əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Bakı. Trend:

Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osman Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) olub.

Agentlikdən Trend-ə verilən məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və səfir Abdelouahab Osman arasında keçirilmiş görüşdə KOB sektorunda əməkdaşlığın genişləndirilməsində hər iki ölkənin maraqlı olduğu vurğulanıb, Əlcəzairin KOB-ların inkişafına dəstək göstərən təşkilatları ilə əlaqələrin qurulmasına və təcrübə mübadiləsinə, eləcə də əməkdaşlıq üçün potensial sektorların müəyyən olunmasına dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti