...

Azərbaycanda ilk vençur fondu yaradılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2022 10:41 (UTC +04:00)
Azərbaycanda ilk vençur fondu yaradılıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda "Caucasus Ventures" adlı ilk vençur fondu yaradılıb.

Trend-in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu hadisəyə həsr olunmuş tədbir zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda startap layihələrin maliyyələşdirilməsi dövlət qrantları və bank kreditləri hesabına icra olunub.

"Bu fond dövlət-özəl tərəfdaşlığı formasında yaradılmış ilk fonddur. Hesab edirəm ki, fondun yaradılması bu sahəyə xarici investorları cəlb edəcək. Bundan başqa, qeyd edim ki, bu il nazirlik 650 IT mütəxəssisinin hazırlanması üçün vəsait ayırıb. Hər il üç min mütəxəssisin hazırlanması planlaşdırılır. İlin sonunadək IT sektoru və startap ekosisteminin iştirakçıları üçün bir sıra qanunların qəbulu nəzərdə tutulur", - deyə o bildirib.

Qeyd edək ki, vençur fondunun büdcəsi 11,3 milyon manat təşkil edir. İnnovasiyalar Agentliyi və "Paşa Holdinq" fondun büdcəsinə 5 milyon manat, fərdi sahibkarlar 1,3 milyon manat ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti