...

Azərbaycanda ilk vençur fondunun investisiya planları açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2022 10:56 (UTC +04:00)
Azərbaycanda ilk vençur fondunun investisiya planları açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Yeni "Caucasus Ventures" vençur fondu beş il ərzində 50 layihəyə 6,6 milyon dollar investisiya qoyacaq.

Trend-in məlumatına görə, bunu bu gün fondun direktoru Məmməd Kərim deyib.

Onun sözlərinə görə, fond həm yerli, həm də regional startapları maliyyələşdirəcək.

O bildirib ki, coğrafi baxımdan fondun fəaliyyəti Qafqaz, Şərqi Avropa və Mərkəzi Asiya kimi regionları əhatə edəcək.

"İnvestorlarımız bu regionlarda artıq iş və investisiya təcrübəsinə malikdir. Ancaq gələcəkdə regionların əhatə dairəsi genişləndiriləcək. Həmçinin, fondun vəsaitlərinin təxminən 10 faizi digər xarici vençur fondlarına investisiya olunacaq", - M.Kərim deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti