...

RUSİYA KASPAR-IN 3 GƏMİSİNƏ KEÇİD ÜÇÜN İCAZƏ VERİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyun 2005 16:02 (UTC +04:00)

Rusiya hökuməti Azərbaycan Dövlət Xəzər dəniz gəmiçiliyinin (KASPAR) 3 gəmisinə RF daxili su marşrutlarından keçid üçün icazə verib.Bu barədə Trend agentliyinə KASPAR-ın mətbuat katibi Vüqar Mirsadıq bildirib.

Onun sözlərinə görə, icazəni Rusiyanın baş naziri Mixail Fradkov imzalayıb." Hazırda gəmilər Volqa-Don kanalının girişində sərhəd-gömrük prosedurasından keçir.Onların kanaldan sabah buraxılması gözlənilir " -deyə o qeyd edib.

3 gəmi - "Maestro Hiyazi"( aprelin 24-dən), "Hatəvan" (mayın 3-dən) və "Rəsul Rza" ( mayın 8-dən) - Azov dənizində keçid üçün icazəni gözləyirdi. KASPAR Rusiyanın daxili su marşrutlarında gəmilərin hərəkətinin dayandırılması nəticəsində $1 mln itirib.

Xəbər lenti

Xəbər lenti