...

AZƏRBAYCANDA TƏXMİNƏN 2900 YENİ MÜƏSSİSƏ QEYDİYYATA ALINIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2005 12:55 (UTC +04:00)

Azərbaycanda birinci yarımildə 2889 yeni müəssisə qeydiyyata alınıb. Ölkə hökumətindən Trend ə verilən məlumata görə, bu, "Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının uğurla həyata keçirilməsinin göstəricisidir".

Bu göstərici keçən ilin analoji dövri ilə müqayisədə 13,4% çoxdur. Qeydiyyata alınmış yeni müəssilərdən 1098-i topdan və pərakəndə ticarətlə, avtomobillərin, məişət cihazlarının və şəxsi əşyaların təmiri ilə məşğul olur. Tikinti sahəsində 424, kənd təsərrüfatı, ovçuluq və meşəçilik sahəsində - 271, daşınmaz əmlak üzrə əməliyyatlar, icarə və istehlakçılara xidmət sahəsində - 250, kommunal, sosial xidmətlər sahəsində 220, emal sənayesində isə 217 müəssisə fəaliyyət göstərir.

6 ay ərzində qeydiyyata alınmış 2889 müəssisənin 114-ü dövlət əmlakının subyektləri, 2539 - xüsusi əmlak, 64-ü - bələdiyyə əmlakı, 137-si - xarici müəssisələrdir. Yerdə qalan 35 müəssisə isə digər fəaliyyət sahələrinə aiddir.

Yeni müəssisələrin 58,3%-i Bakıda, 10,6%-i Aran rayonlarında, 5%-i Naxçıvanda, 4,9%-i Lənkəranda, 5,5%-i Abşeronda, 4,2%-i Gəncə-Qazax, Şəki-Zaqatala iqtisadi rayonlarında fəaliyyə göstərir.

Hüquqi şəxslərin yaradılması prosesi NMR-də və Yuxari Şirvan iqtisadi rayonunda daha dinamik inkişaf edir.

Xəbər lenti

Xəbər lenti