...

SUMQAYITDA YERLİ İSTEHSAL MƏHSULLARININ SƏRGİ-YARMARKASI KEÇİRİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2005 16:45 (UTC +04:00)

Oktyabrın 5-də Sumqayıtda yerli istehsal məhsullarının sərgi-yarmarkası keçirilib. Trend in xəbər verdiyi kimi, tədbirdə iqtisadi inkişaf naziri Fərhad Əliyev, şəhərin icra hakimi Vaqif Əliyev və ölkənin 40 rayonundan 200 sahibkar iştirak edib.

F.Əliyev qeyd edib ki, bu yarmarka "Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" prezidentin fərmanının 11-ci bəndi çərçivəsində həyata keçirilən 3-cü belə tədbirdir. Əvvəlki iki tədbir Gəncə və Bakıda keçirilib.

Prezidentin imzaladığı fərmanın 11-ci bəndi ilə sağlam rəqabət mühitinin yaradılması məqsədilə Bakı, Gəncə, Sumqayıt və digər iri şəhərlərin icra hakimiyyəti orqanlarının rəhbərlərinə hər həftə gündəlik tələbat malları və kənd təsərrüfatı məhsullarının səyyar satış yarmarkasını təşkil etmək tapşırılır.

Nazir vurğulayıb ki, belə tədbirlər ölkənin digər regionlarında da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti