...

Avropa Birliyi layihələri Azərbaycanı Qanunvericiliyin uyğunlaşdırılması barədə Dövlət Proqramını qəbul etməyi tövsiyə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2005 13:37 (UTC +04:00)

Avropa Birlyinin TACIS Proqramının Əlaqələndirmə Bürosu və AB ilə Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq barədə Layihənin reallaşdırılması Qanunvericiliyin uyğunlaşdırılması barədə Dövlət Proqramının işlənməsi üzrə təklif hazırlayıb. TACIS Proqramının Əlaqələndirmə Bürosunun icraçı direktoru Əsgər Ələkbərovun Trend ə verdiyi məlumata görə, təklif Azərbaycan Nazirlər Kabinetinə təqdim olunub.

"Təklif AB ilə Azərbaycanın arasında ƏTL-nin əhatə etdiyi 15 sahədə Qanunvericiliyin uyğunlaşdırılması barədə Dövlət Proqramının yaradılması ilə bağlıdır. Buraya maliyyə, bank sektoru, hüquqi şəxslərin qeydiyyatı, müəllif hüquqlarının müdafiəsi, sanitar və fitosanitar nəzarəti, rəqabət məsələlərinin nizamlanması, mühasibat uçotu və s. sahələrdə qanunvericilik daxildir", - Ə.Ələkbərov bildirib.

Onun sözlərinə görə, bu təklif Nazirlər Kabineti tərəfindən öz fikirlərini bildirmək Nazirliklərə və İdarələrə göndərilib. Hazırda Dövlət Proqramının layihəsi hazırdır. "İdeya uğurlu olarsa, Dövlət Proqramı prezidentin müvafiq fərmanı ilə nizamlanacaq ", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti