...

Auditorlar Palatası vergilərin audit proqramı üzrə işlər aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2005 14:16 (UTC +04:00)

Azərbaycanın Auditorlar Palatası vergilərin yeni audit proqramının hazırlanması üzrə işlər aparır. Palatanın maliyyə sektorunun müdiri Vəli Rəhimovun Trend ə bildirdiyi kimi, proqramı əhatə edən bir sıra məsələlər bu günlərdə dövlət strukturunun iclasında müzakirə olunub.

Proqrama ölkənin mövcud Vergi Məcəlləsi əsasında auditor fəaliyyətinin həyata keçirilməsi qaydaları və şərtləri daxildir. Sənədin hzırlanması üzrə işlərin 2005-ci ilin sonuna kimi başa çatdırılması və auditorların müzakirəsinə verilməsi planlaşdırılır.

"Əgər belə zərurət yaranarsa, o zaman proqramın hazırlanmasına Vergilər Nazirliyinin mütəxəssisləri də cəlb olunacaq", - deyə strukturun nümayəndəsi vurğulayıb. Bu işlər çərçivəsində, həmçinin, palatanın əməkdaşları üçün müvafiq seminarın keçirilməsi gözlənilir.

Bununla yanaşı, struktur Dünya Bankının texniki köməyi ilə auditor fəaliyyəti, xüsusilə "Auditor xidmətləri haqqında" və "Daxili audit haqqında" qanunlar sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı işlər aparır. DB mühasibat və audit sistemlərinin inkişafına $340 min məbləğində qrant ayırıb. Bu işlərin 2006-cı ildə başa çatdırılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti