...

2006-cı ilin yaz aylarında Azərbaycan İL-76TD-90VD yük təyyarəsini alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2005 19:45 (UTC +04:00)

AZAL DK 2006-cı ilin mayında Çkalov adına Daşkənd Aviasiya İstehsalat Birliyinin istehsalı olan İL-76TD-90VD yük təyyarəsini alacaq. Bu barədə Trend ə DK-dan məlumat verilib.

DK SADİB-lə 3 İL-76TD-90VD təyyarəsinin alınmasına dair saziş imzalayıb. Bu təyyarələr İL-76 yük təyyarələrinin təkmilləşdirilmiş versiyasıdır və Avropa standartlarına cavab verir.

İL-76TD-90VD Beynəlxalq Mülki Aviasiya Təşkilatının bütün tələblərinə cavab verir. O, dünyanın hər yerində uçmaq sertifikatı alıb və 50 tona qədər yük daşımaq qabiliyyətinə malikdir.

Xəbər lenti

Xəbər lenti