...

Dünya Bankı və Azərbaycan 2006-09-cu illərdə strateji tərəfdaşlıq üzrə yekun müzakirələr aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2006 13:41 (UTC +04:00)

Dünya Bankının (DB) Azərbaycanla strateji tərəfdaşlıq (əvvəllər ölkəyə yardım strategiyası adlandırılan) layihəsinin yekun variantının hazırlanması üçün bankın Cənubi Qafqaz üzrə aparıcı iqtisadçısı Kristian Pitersen Bakıya gəlib. Bu barədə Trend ə DB- nın Bakı nümayəndədəliyindən məlumat verilib.

Səfər zamanı o, gələcək əməkdaşlıqla bağlı hökumətdə görüşlər keçirmək, eləcə ğdə yeni strategiya üzrə yekun müzakirələri başa çatdırmaq niyyətindədir. DB hökumətə növbəti dörd ildə maliyyələşdirəcəyi layihələrin siyahısını təqdim etməyə hazırlaqşır.

Ehtimallara görə, artıq fevralda tərəfdaşlıq strategiyası baxılmaq üçün bankın Direktorlar Şurasına göndəriləcək. Adətən bu proses 8 aya başa çatır, hökumətlə ilkin müzakirələrə isə bank 2005-ci ilin iyununda başlayıb. Bu fevralda strategiyanın təsdiqlənəcəyinə ümid etməyə imkan verir.

Strategiyanın ümumi dəyəri $1,2 milyarddır. Bu məbləğdən vəsaitin böyük bir hissəsi Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) xətti ilə ayrılacaq. Strategiyanın fəaliyyət dövründə DB bu vəsaitdən yolların tikintisi üçün böyük məbləğ $550 mln ayırmaq niyyətindədir. Sosial layihələr, eləcə də məhkəmə-hüquq sistemindəki islahatlar, mühasibat uçotu standartlarının təkmilləşdirilməsi, suvarma və drenaj sistemlərin yenidən qurulması, su sisteminin yaxşılaşdırılması üçün bank Beynəlxalq İnkişaf Assoasiyasının vəsaitindən kredit ayırmaq niyyətindədir.

Xatırladaq ki, son 3 illik strategiyanın (2003-05-ci illər) reallaşdırılması gedişində Azərbaycan ümumi həcmi $190,25 mln həcmində onlarda komponentin reallaşdırılması üçün vəsait alıb ki, ondan $48 milyonu BYİB-nın şərtləri ilə əldə edib.

Xəbər lenti

Xəbər lenti