...

Azərbaycan avrobondların daha çox cəlbedici olması məqsədilə dünyanın 3 agentliyinin reytinqini əldə etməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2006 11:19 (UTC +04:00)

Azərbaycan hökumətinin buraxmağı planlaşdırdığı avrobondların daha çox cəlbedici olması məqsədilə ölkə dünyanın tanınmış 3 beynəlxalq reytinq agentliyinin (Fitch Raytings, Moody`s və Standard & Poors) reytinqini əldə etməlidir. İqtisadi inkişaf naziri Heydər Babayevin Trend ə verdiyi məlumata görə, artıq Fitch Raytings və Moody`s agentlikləri ilə müqavilələr imzalanıb.

Bundan sonra xarici kapital bazarına çıxmaq üçün avrobondlar buraxılmalıdır. H.Babayevin sözlərinə görə, borcların məbləği Avropa banklarının sindikatlaşdırması ilə AR DNŞ-in $750 mln dəyərində sövdə imzalayacağı zamanı müəyyən ediləcək dərəcə ilə müəyyənləşdiriləcək.

"Bu dərəcə üzrə biz müstəqil bondların buraxılması təklifi ilə çıxış edəcəy ik. Bu bondların dərəcəsi aşağı olacaq. Əgər müstəqil bondlarla kapital bazarına çıxsaydıq, vəsaiti libor +4,5% ilə əldə edərdik. AR DNŞ-in cəlb etdiyi kredit ehtiyatları qeyri-dövlət vəsaiti olduğundan dərəcə aşağı olacaq, müstəqil bondlar isə bundan baha olmayacaq", - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti