...

Güzəştlər ipoteka krediti üzrə ödənişləri 20-25% azaltmağa imkan verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2006 18:58 (UTC +04:00)

Azərbaycan İpoteka Fondunun hesablamalarına görə, ipoteka krediti üçün güzəşt proqramlarını tətbiq etməklə hər borcun ödənişi üzrə yükü 20-25% azaltmaq olar. Bu barədə Trend ə fondun rəhbəri Faiq Məmmədov məlumat verib. Onun sözlərinə görə, AİF əhalinin imtiyazlı təbəqəsinə və bu mexanizmin tətbiqinə dair təklifləri Nazirlər Kabinetinə təqdim edib.

Bu təkliflərdə fond ipoteka kreditinin verilməsi şərtləri saxlanılmaqla kredit üzrə əsas borc, o cümlədən faizlər üzrə yükü 50%-dək azaltmağı təklif edir. Kreditlər hamıya eyni şərtlərlə verildiyi üçün imtiyazlı kontingent üçün borcun bir hissəsinin ödəniş mənbəyi olmalıdır.

Xəbər lenti

Xəbər lenti