...

Ziya Məmmədov: Bakı Nəqliyyat Departamenti marşrutların texniki pasportları ilə bağlı nazirliyə məlumat verməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Mart 2006 18:05 (UTC +04:00)

Lisenziyalaşdırma sisteminin və fərqlənmə nişanlarının tətbiq edilməsi Nəqliyyat Nazirliyinə tapşırılıb və bu istiqamətdə iş aparılır. 10 gün ərzində Bakı şəhər İcra hakimiyyətinin Nəqliyyat Departamenti taksi və avtobus dayanacaqlarının yerini, eləcə də marşrutların texniki pasportlarını təqdim etməli idi. Amma müraciətə baxmayaraq bunlar indiyədək təqdim olunmayıb. Trend in məlumatına görə, martın 15-də Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bu barədə bildirib.

Nazir qeyd edib ki, Bakıda taksilər üçün xüsusi dayanacaqlar təşkil edilməli və sərnişinlərə göstərilən xidmətin səviyyəsi yüksəldilməlidir. Nazirin sözlərinə görə, hazırda bir çox taksilər və sərnişin avtobusları texniki normalara uyğun deyil. Lisenziyalaşdırma sisteminin tətbiqi avtomobil nəqliyyatı vasitələrinin sahibləri tərəfindən vergi ödəmələrindən yayınma faktlarının azaldılmasına və daşımaların təhlükəsizliyinin artırılmasına imkan yaradacaq.

Xəbər lenti

Xəbər lenti