...

Dünya Bankı Bakıdakı ofisi üçün yeni meneceri müəyyən edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2006 16:54 (UTC +04:00)

Dünya Bankı (DB) Azərbaycandakı nümayəndəsi olacaq namizədi seçib. Bu barədə "Trendə" DB-nın Bakı ofisinin menecerinin səlahiyyətlərinin icraçısı Səidə Bağırova məlumat verib. Hazırda bankda daxili proseduralar keçirilir ki, bununla əlaqədar olaraq, gözlənildiyi kimi, mart ayında onu Azərbaycan hökumətinə təqdim etmək mümkün olmayıb.

S.Bağırovanın sözlərinə görə, yeni nümayəndənin Bakıya aprel-may aylarında gələcyi gözlənilir. Yeni nümayəndə Dünya Bankının əməkdaşıdır.

Ötən ilin iyulundan bankın Bakı ofisi rəhbərsiz qalıb. Belə ki, həmin ay ölkə üzrə bankın bundan əvvəlki meneceri Əhməd Cahaninin 4 illik səlahiyyət müddəti başa çatıb.

Xəbər lenti

Xəbər lenti