...

Naxçıvan MR-də heyvandarlıq məhsullarının istehsal həcmi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2006 18:34 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında (NMR) əsas heyvandarlıq məhsullarının istehsal həcmi artıb. 2006-cı ilin yanvar-fevral ayları ərzində ət istehsalının həcmi 2368 ton, süd istehsalı 3926 ton, yumurta istehsalı isə 10125 min ədəd təşkil edib. MR-in Bakıdakı daimi nümayəndəliyindən Trend ə verilən məlumata görə, bu göstəricilər 2005-ci ilin analoji dövrü ilə müqayisədə 2,5%, 3,9% və 1,6% çoxdur.

Nümayəndəlikdən o da qeyd olunub ki, bu dövrdə MR-in balıqçılıq və kənd təsərrüfatı müəssisələrində 4651,5 min manat dəyərində məhsul istehsal olunub ki, bu da ötən illə müqayisədə 2,7% çoxdur.

Xəbər lenti

Xəbər lenti