...

EİTİ çərçivəsində 4-cü hesabatın hazırlanması üçün auditorun seçilməsi tarixi müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 May 2006 13:25 (UTC +04:00)

Mədən sənayesində şəffaflıq təşəbbüsü çərçivəsində II yarım ilüzrə hesabatın hazırlanması üçün auditor şirkətinin seçilməsi mayın 16-da keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Dövlət Neft Fondundan məlumat verilib. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlər öz təkliflərini aprelin sonunadək təqdim etməli idi.

Auditorun seçilməsindən sonra hesabatın hazırlanmasının başa çatdırılması üçün vaxt təyin olunacaq. Hesabat neft-qaz sənayesində şirkətlərin və Azərbaycan hökumətinin daxilolmaları haqqında hesabatların tutuşdurulması əsasında hazırlanacaq.

Bu proses auditorun xidmətlərinin ödənilməsi üzrə şirkətlərin müəyyən edilməməsi ilə əlaqədar ləngiyir. Ardıcıllıq prinsipinə əsasən, auditor firmalarının xidmətləri iki dəfə ARDNŞ və bir dəfə EİTİ-də iştirak edən şirkətlər tərəfindən ödənilib. Bu audit də şirkətlər tərəfindən ödənilməlidir və ödəmə mexanizmi ilə bağlı məsələlər hələlik öz həllini tapmayıb.

Hər bir hesabat dövrü üzrə yeni tender keçirilir və EİTİ üzrə hökumət komissiyası, yerli və xarici şirkətlər və mədən sənayesində şəffaflığın artırılması üzrə Koalisiyanın birgə iclasında auditor təsdiq edilir.

2003 və 2004-cü illər ərzində auditlər Deloytte şirkəti tərəfindən aparılıb, I yarımil üzrə hesabatı isə Accountants Global Network qrupuna daxil olan AGN Mak Azerbaijan LTD hazırlayıb.

Xəbər lenti

Xəbər lenti