...

Azərbaycan Bankları Assosiasiyasının rəyəsət heyəti yenidən seçiləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2006 19:30 (UTC +04:00)

Mayın sonu-iyunun əvvəlində Azərbaycan Bankıları Assosiasiyası (ABA) hesabat-seçki konfransı keçirməyi planlaşdırır. Bu barədə Trend ə ABA-nın icraçı direktoru Eldəniz Məmmədov bildirib. Assosiasiyanın rəyəsət heyətinin tərkibi hər 5 ildən bir seçilir.

ABA rəyəsət heyətinə 11 üzv, o cümlədən, prezident, iki vitse-prezident və icraçı direktor daxildir. Hazırda ABA-nın prezidenti Rabitəbankın müşahidə şurasının sədri Zakir Nuriyev, müavinləri isə - Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir Hacıyev və Azəriqazbankın müşahidə şurasının rəhbəri Çingiz Əsədullayevdir.

Assosiasiyanın nizamnamasinə əsasən, hesabat-seçki konfransında rəyəsət heyətinin yeni tərkibi seçilir. Sonra həmin şəxslər arasından prezident seçilir. Onun səlahiyyətinə vitse-prezidentlər və icraçı direktorun namizədliyinin rəyəsət heyətində müzakirəyə çıxartmaq daxildir.

Bundan əlavə, konfransda rəyəsət heyətinin 2001-2005-ci illər fəaliyyəti üzrə hesabatı dinləniləcək.

Xəbər lenti

Xəbər lenti