...

Unibank AYİB-in kredit xəttinin hesabına 18 kiçik sahibkarlıq layihəsini maliyyələşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2006 15:50 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən mikromaliyyələşdirmə və xırda sahibkarlığın (XS) dəstəklənməsi üçün "UniBank" KB-yə təqdim edilmiş kredit xəttinin mənimsənilməsi çərçivəsində istehsal, ticarət və xidmət sahələrində həyata keçirilən 18 layihə maliyyələşdirilmişdir. Trend in məlumatına görə, verilən layihələr üzrə kreditləndirmənin ümumi həcmi 373 min ABŞ dolları təşkil etmişdir.

Ierilən kredit xəttinin təqdim edilməsi məsələlərini tənzimləyən saziş 2005-ci ilin dekabr ayının 19-da imzalanmışdı. Sənəd 2 mln. ABŞ dolları həcmində xəttin ayrılmasını nəzərdə tutur. Bu kredit xəttinin vəsaiti hesabına iki əsas istiqamətdə - mikrolayihələr və xırda sahibkarlıq layihələri - maliyyələşdirilir. Hər bir istiqamətin maliyyələşdirilməsinə 1 mln. ABŞ dollarının yönəldilməsi nəzərdə tutulmuşdur.

Xadırladaq ki, "UniBank" AYİB-lə müvəffəqiyyətli əməkdaşlığın uzun tarixçəsinə malikdir. Yuxarıda adı çəiləni də nəzərə almaqla, "UniBank" AYİB-dən 5 kredit xəttinin alıcısıdır. Belə ki, 2002-ci ildə Banka XS üçün 1,5 mln. ABŞ dolları həcmində kredit xətti ayrılmışdı, bunun həcmi 2003-cü ildə ikiqat artırılmışdı. Bundan əlavə, Bank AYİB-dən ticarət maliyyələşdirməsi üçün 1,5 mln. ABŞ dolları həcmində kredit xəttinin alıcısıdır. AYİB həmçinin "UniBank"-a yerli maliyyə sistemi üçün unikal olan 5 mln. ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit təqdim etmiş tərəflərdən biri olmuşdur, bunda AYİB-in payı 1,5 mln. ABŞ dolları təşkil etmişdir. 2005-ci ildə AYİB həmçinin "UniBank"-a ko-maliyyələşdirmə (həcmi 1 mln. ABŞ dollarından yuxarı olan iri layihələrin birgə maliyyələşdirilməsi) üçün ümumi həcmi 5 mln. ABŞ dolları olan kredit xətti təqdim etmişdir. Bu layihə çərçivəsində "UniBank" KB-nın 5 mln. ABŞ dolları həcmində öz vəsaitinin ilə iştirakı nəzərdə tutulmuşdur. Bu proqram üçün ayrılmış vəsaitin ümumi məbl
əği 10 mln. ABŞ dolları təşkil edəcəkdir.

Bundan əlavə, "UniBank" Avropa Yenidənqurma və İnkişaf Bankının illik iclasında "2003-cü ildə Azərbaycanda AYİB-in Ticarət Maliyyələşdirməsi Proqramı üzrə ən fəal inkişaf edən bank" nominasiyasında mükafata layiq görülmüşdü, həmçinin "The Banker" kimi nüfuzlu beynəlxalq maliyyə nəşriyyatı "UniBank"-ı AYİB-in əməliyyat apardığı ölkələrdə ən tez inkişaf edən 50 bankının siyahısında liderlik edən 10 bank sırasına daxil etmişdi.

Xəbər lenti

Xəbər lenti