...

Ural turbin zavodu "Azəralümin"lə razılığa gəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2006 15:41 (UTC +04:00)

Gəncə istilik elektrik əsas xəttinin əsaslı təmiri və müasir tələblərə cavab verməsi ilə bağlı işlərin həyata keçirilməsində "RENOVA" şirkətlər qrupuna daxil olan Ural Turbin Zavodu iştirak edəcək. Trend in "RENOVA"nın press-relizinə istinadən verdiyi məlumata görə, işlər 2006-07-ci illərdə "Azəralümin"lə UTZ arasında imzalanan müqavilə əsasında həyata keçiriləcək. Elektrik stansiyası Gəncə gil-torpaq zavoduna məxsusdur.

Əldə olunan razılaşmaya görə, İES-da artıq 40 ildən artıq bir dövrdə fəaliyyət göstərən iki PR-25 Ural turbininin gücünü bərpa etməyi öhdəsinə götürüb. Turbinlərin verdikləri buxarın həcminin və parametrlərinin nəzərdə tutulduğundan daha çox itkilərə məruz qalması Gəncə müəssisəsinə gil-torpağ isthsalını artırmağa imkan vermir. Odur ki, öz növbəsində bu müəssisə Sumqayıtda tikilən yeni elektroliz sexini məhsulla təmin edə bilmir.

İstehsalın gələcək inkişafı üçün "Azəralümin" tərəfindən bu müəssisənin gücünün artırılması tələb olunur.

Xəbər lenti

Xəbər lenti