...

Artur Rasizadə: Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat nazirləri Bakıda görüşəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2006 17:33 (UTC +04:00)

İyunda Bakıda Qars-Axalkalaki-Tbilisi-Bakı marşrutu üzrə dəmiryolu xəttinin açılması layihəsi çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat nazirlərinin görüşü keçiriləcək Trend in verdiyi məlumata görə, bu barədə Azərbaycanın baş naziri Artur Rasizadə məlumat verib.

Görüşün gedişində layihənin reallaşdırılması, texniki-iqtisadi əsasları və maliyyələşdirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.

Baş nazirin sözlərinə görə, nazirlər hökumət başçılarına təqdim olunacaq layihənin son variantını müzakirə və qəbul edəcəklər. Hazırda texniki-iqtisadi əsaslandırmanın 3 variantı mövcuddur. Layihənin orta dəyəri $400 mln-dur.

Xəbər lenti

Xəbər lenti