...

Bakı limanı Xəzərdə 60 min tonluq yük daşıyan tankerlərin istifadəsinin əleyhinədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2006 20:00 (UTC +04:00)

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzərdə neftin daşınması üçün 60 min tonluq tankerlərin tikintisinin əleyhinədir. Bu barədə Trend ə Bakı limanın baş direktorunun müavini Vahid Əliyev bildirib. Onun sözlərinə görə, bu, ekoloji baxımdan məqsədəuyğun deyil.

Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə daşınmasını təmin etmək məqsədilə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin və qazax daşıyıcılarının balansında olan tankerlər kifayət edir. Onun sözlərinə görə, bu gün liman həmin layihədə iştirak edəcək tankerlərin qəbuluna tam hazırdır.

Xəbər lenti

Xəbər lenti