...

Fazil Qəzənfəroğlu: "İstehlakçının hüquqlarının müdafiəsi istiqamətində qanunvericilik bazasını təkmilləşdirmək lazımdır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2006 15:27 (UTC +04:00)

İstehlakçının hüquqlarının müdafiəsi istiqamətində qanunvericilik bazasını təkmilləşdirmək lazımdır. Trend xəbər verir ki, bu barədə Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Millət vəkili qeyd edib ki, 1995-ci ildə Azərbaycanda "İstehlakçının hüquqlarının müdafiəsi haqqında" qanun qəbul olunub: "Həmin qanunda 9 maddəyə əlavə və dəyişikliklər olunub. Hətta 26-cı maddənin çıxarılması demək olar ki, qanuni iflic vəziyyətinə salıb. Bizdə istehsalçının hüququnun müdafiəsi istiqamətində prezident fərmanı var. Həmin fərmanda sahibkarların istehsalçıların əsassız yoxlamadan xilas olunmasının göstərilməsi təqdirəlayiq haldır. Ancaq istehlakçının hüququnun necə qorunmasını da düşünməliyik".

F.Qəzənfəroğlu onu da bildirib ki, vaxtilə ölkədə bazarı məhsul ilə doldurmaq bir zərurət idi. İndi isə qarşımızda duran əsas vəzifə bazarı keyfiyyətli məhsul ilə doldurmaqdır: "Bütün ərzaq məhsullarının demək olar ki, böyük faizi sağlamlıq üçün təhlükəlidir. Dövlətin vətəndaşı qorunması istiqamətində istehlakçının hüquqlarının qorunması ilə bağlı qanun hazırlanmalıdır".

Xəbər lenti

Xəbər lenti