...

Azərbaycan FAO-nun yardımı ilə 6 layihə gerçəkləşdirməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2006 16:33 (UTC +04:00)

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO - Food and Agriculture Organization of the United Nations) texniki dəstəyi ilə 6 layihə gerçəkələşdirməyi planlaşdırır. Trend in xəbər verdiyi kimi, bu barədə kənd təsərrüfatı naziri İsmət Abbasov məlumat verib.

Bunlar arasında Azərbaycanda ipəkçilik sahəsinin bərpası layihəsi də var. Nazirlik bu layihə üzrə rəy hazırlayıb və təşkilatın baş direktoru Jak Dyufa göndərib. Layihənin 2006-cı ildə gerçəkləşdirilməsi planlaşdırılır. Bundan başqa kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması və marketinqin təşkilinə yardım, Ağdam rayonunda qaçqın və məcburi köçkünlər üçün tikilmiş qəsəbələrin, o cümlədən arıçılığın inkişafı layihələri də var.

Xəbər lenti

Xəbər lenti