...

Bakıda 195 vergi telefon xidmətinin təqdimetmə mərasimi baş tutub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2006 16:47 (UTC +04:00)
Bakıda 195 vergi telefon xidmətinin təqdimetmə mərasimi baş tutub

İyunun 14-də Bakı şəhər Baş Vergilər Departamentində "195" nömrəli vergi telefon xidmətinin təqdimat mərasimi keçirilib. Xidmət Azərbaycanın bütün bölgələrindən gələn zəngləri qəbul edir. Bu, Rabitə və İnfromasiya Texnologiyaları Nazirliyi və Vergilər Nazirliyinin birgə layihəsidir. Trend in verdiyi xəbərə görə, tədbirdə vergilər naziri Fazil Məmmədov və rabitə naziri Əli Abbasov iştirak edib.

Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov iştirakçılara 195 nömrəli xidmət barədə məlumat verib, vergi orqanları və vergi ödəyiciləri arasındakı əməkdaşlığın inkişafında onun xidmətlərindən danışıb.

2003-cü ildə yaradılan 195 nömrəli Bakı telefon xidməti fasiləsiz işləyir. İş günləri zənglər 9-00-dan 18-00-a qədər birbaşa rejimdə, qeyri-iş günləri və bazar günləri isə 18-00-dan sonra avtomat rejimdə qəbul olunur.

Son 2 il ərzində 397 min müraciətdən 277 mini avtomat rejimdə, 119 mini isə birbaşa rejimdə mütəxəssislər tərəfindən cavablandırılıb.

Xəbər lenti

Xəbər lenti