...

Bakıda yeni körpünün təməlqoyma mərasimi keçirildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2006 14:28 (UTC +04:00)

Bu gün Azərbaycanın Nəqliyyat nazirliyi Bakıda sayca yeddinci körpünün təməlqoyma mərasimini keçirib. Trend in verdiyi xəbərə görə, yeni yol qovşağı 3-cü mikrorayonda Cavadxan və Alı Mustafayev küçələrinin kəsişməsində yerləşəcək.

Körpü hər biri 800 metr olan iki hissədən ibarət olacaq. Tikintinin ümumi dəyəri 32 milyon AZN təşkil edəcək.

"Bu körpünün tikintisi yollarda nəqliyyat hərəkətinin effektivliyini xeyli artırmaq və tıxacların qarşısını almaq üçün imkan yaradacaq", - deyə Azərbaycan Nəqliyyat nazirinin müavini Ziya Məmmədov açılışda qeyd edib.

İşlərin 16 aydan sonra tamamlanması nəzərdə tutulur. Körpünün tikintisi üzrə podratçı Azərbaycanın "Körpübinatikinti" MMC-dir.

Xəbər lenti

Xəbər lenti