...

Naxçıvan MR yanvar-noyabr aylarında investisiyaların nəzərəçarpacaq dərəcədə artımı barədə bildirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2006 15:30 (UTC +04:00)

Naxçıvan MR-in Bakıdakı daimi nümayəndəliyindən Trend ə bildiriblər ki, 2006-cı ilin yanvar-noyabr aylarında NMR-də 157,46 mln. manat həcmində investiya yatırılıb ki, bu da 55,4% 2005-ci ilin analoji göstəricisindən çoxdur.

Bu dövr ərzində tikinti-quraşdırma işlərində investisiyalar 8,5% artaraq 94,94 mln. manat təşkil edib ki, bu da ümumi investisiyaların 60,3%-ni təşkil edib.

Nümayəndəlikdən bildiriblər ki, 2006-cı ilin yanvar-noyabr ayları ərzində NMR tikinti müəssisələri tərəfindən 83,74 mln. manat dəyərində xidmət göstərilib ki, bu göstərici də 2005-ci ilin analoji dövrü ilə müqayisədə 6,9% çoxdur. Bu göstəricinin 60,73 mln. manatı (72,5%) yeni binalarına tikintisi, eləcə də yenidənqurma və geişləndirmə işlərinin, 19,97 mln. manatı (23,9%) - əsaslı təmirin, 1,57 mln. manatı (1,9%) - cari tikinti işlərinin və 1,46 mln. manatı (1,7%) - digər tikinti işlərinin payına düşüb.

2006-cı ilin yanvar-noyabr ayları ərzində tikinti sahəsində işçilərin sayı 4300 nəfər təşkil edib, orta aylıq əmək haqqı isə təxminən 200 manat olub.

Xəbər lenti

Xəbər lenti