...

Azərbaycanda Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu nəqliyyatının açılış məsələsi müzakirə edildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2006 18:46 (UTC +04:00)

Bu gün Bakıda Gürcüstanın baş naziri Zurab Noqaideli Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu nəqliyyatının açılış layihəsinin reallaşdırılması məsələsi üzrə danışıqlar aparıb. Bu barədə Trend ə Azərbaycan Nazirlər Kabinetindən məlumat verilib.

2007-ci ilin yanvar ayında bu layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanacaq. May ayında Gürcüstanın bu layihə çərçivəsində bilavasitə tikintiyə və reabilitasiyaya başlayacağı güman edilir. Bu layihə altında kredit məsələsi həmçinin gələn ilin birinci rübündə həll olunacaq.

Bu vəsaitlərə Gürcüstan ərazisində dəmir yolunun 2 ərazisində işlərin həyata keçiriləcəyi nəzərdə tutulub. 2007-ci ilin II rübündə onlardan birində reabilitasiya işləri başlayacaq, ikinci ərazi tikiləcək.

Bu nəqliyyat dəhlizi ilə əsasən Qazaxıstan, Çin və Rusiyadan yüklər göndəriləcək. Bu ilin avqust ayında Qazaxıstanda nazirlər görüşü zamanı, Qazaxıstan tərəfi bu dəhliz üzrə ən azı 10 mln. ton yükün tədarük olunması öhdəliyini öz üzərinə götürüb.

Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolu nəqliyyat dəhlizinin yaradılması layihəsinə uzunluğu 98 km olan Qars-Axalkalaki dəmir yolu qolunun tikintisi daxildir. Bunun 68 km-i Türkiyə, 30 km-i isə Gürcüstan ərazisinin payına düşür. Həmçinin Axalkalaki-Tbilisi ərazisində də müəyyən yenidən qurulma işlərinin görülməsi zəruridir. Layihənin orta qiyməti 400 mln. ABŞ dolları həcmində qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti