...

Azərbaycan yük daşımaları üzrə Beynəlxalq konvensiyanın İcraedici Şurasına seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2007 15:30 (UTC +04:00)

Azərbaycan BMT Avropa iqtisai komissiyasının gömrük məsələləri üzrə işçi qrupunun 115-ci iclasında və yük daşımaları üzrə Beynəlxalq konvensiyanın inzibati komitəsinin 44-cü sessiyasında iştirak edib.

DGK-ya istinadən Trend xəbər verir ki, yanvarın 30-dan fevralın 2-nə qədər Cenevrədə keçirilən tədbirdə DGK gömrük nəzarətinin təşkili baş idarəsinin rəisi Şahin Bağırov iştirak edib. Sessisya çərçivəsində DGK nümayəndəsi adıçəkilən konvensiyanın İcraedci Şurasının üzvü seçilib. Ümumilikdə konvensiyanın tərkibinə 66 ölkə daxildir, bu ölkələrdən yalınz 9-u İcraedici Şurada təmsil olunub.

Xəbər lenti

Xəbər lenti