...

Boinq təyyarələrinin alınması ilə bağlı Amerikanın Exim Bankı ilə kredit şərtlərinin razılaşdırılması çatdırılma cədvəlindən asılı olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2007 18:46 (UTC +04:00)

US Exim Bankı tərəfindən Azərbaycanın Boinq istehsalı olan 5 təyyarəni alması ilə bağlı maliyyələşdirilməsi onların respublikaya çatdırılma cədvəlindən asılı olacaq. Bu barədə Trend ə Nazirlər Kabinetindən məlumat verilib.

Bu gün imzalanan müqavilənin şərtlərinə əsasən, təyyarələrin gətirilməsi 2010-cu ildə baş tutacaq və ödəmə 2009-cu ildə köçürüləcək.

Müqavilədə Boeing 737-900 markalı 2 təyyarənin və 3 müasir Boeing - 787 təyyarələrinin əldə olunmasının ümumi dəyəri 401 milyon dollar təşkil edir. Şərtlərin müəyyən edilməsində orientir libor+0,15%, norması olacaq. Nazirlər Kabinetindən bildirilib ki, bu norma 2001-ci ildə təyyarələrin əldə olunması ilə bağlı əldə olunub.

"AZAL" dövlət konserninin 2007-08-ci illər planına mülki təyyarələr parkının yenidən qurulması daxildir. Dövlət konserni 6 Fransa təyyarəsi alacaq. Bununla bağlı atrıq müqavilə imzalanıb. Respublikaya gətirilmə müddəti 2007-ci ilin avqustundan etibarən gözlənilir. Respublikaya ölkədaxili regional və yaxın qonşu dövlətlərə uçuşlar üçün nəzərdə tutulmuş ATR-72 və ATR-42 təyyarələri gətiriləcək.

Müqavilənin dəyəri 97,2 milyon dollar təşkil edir. Maliyyələşmə qismən Dövlət Konserninin şəxsi vəsaiti, qalan hissəsi isə xarici mənbələr hesabına həyata keçiriləcək. Hazırda "AZAL" Avropa bankları (Hollandiyanın ABN Amro, Fransanın Societe General) ilə danışıqlar aparır. Xarici maliyyələşmə hesabına müqavilə dəyərinin 85%-i, "AZAL" tərəfindən 15%-i həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti