...

Kənd təsərüfatı nazirinin müavini: "Damazlıq sisteminin təkmilləşdirilməsi üçün yeni qanun layihəsi hazırlanır"

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2007 18:00 (UTC +04:00)

Azərbaycanda damazlıq sisteminin təkmilləşdirilməsi üçün işçi qrup yaradılıb və həmin qrup yeni qanun layihəsi hazırlayır. Trend in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında kənd təsərüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

Onun sözlərinə görə, damazlıq təsərüfatlarının genişləndirilməsi və bu sahədə olan problemlərin həlli üçün dövlət xeyli vəsait ayırıb.

"Söhbət çamış, inək, at və qoyun damazlıqlarının artırılmasından gedir. Bu sahədə olan problemləri həll etmək üçün ilk növbədə damazlıqların genbankı yaradılmalıdır", -deyə nazir müavini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti