...

Azərbaycanın iqtisadi inkişaf naziri AYİB-in Milk –Pro şirkətində iştirak payını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2007 16:55 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı ölkədə süd məhsulu istehsalçısı olan Milk-Pro MMC-nin səhmlərinin 10-20% -ni almaq niyyətində olduğunu bildirib. Bu barədə Trend ə iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

Onun sözlərinə görə, "Azərbaycan investisiya şirkəti" SC həmçinin kapitalda iştirak edəcək.

"Bu, çox maraqlı layihədir, lakin bununla yanaşı onu yerli investorlara, iş adamlarına dəstək kimi qəbul etmək olar", - deyə nazir hesab edir.

AİŞ və AYİB 2007-ci ilin birinci rübünün sonunadək Bakıda yeni süd emalı zavodunun tikintisi və Göyçayda süd zavodunun yenidən qurulması üzrə Milk-Pro layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul etmək haqqında razılaşıblar.

Layihədə ümumi investisiyalar 10,5 mln. ABŞ dolları həcmində qiymətləndirilir, onların bir hissəsi Milk -Pro-da səhmdar iştirakı qismində, digəri isə - Avropa bankına kredit vəsaitləri qismində qoyulacaq.

Vəsaitlər qismən artıq Göyçayda fəaliyyət göstərən süd zavodunun yenidən qurulmasına yönəldiləcək.

Ötən ilin sonunda AİŞ və Milk-Pro arasında bağlanmış, bu layihənin maliyyələşdirilməsi imkanı haqqında memoranduma əsasən, Milk-Pro şirkətinin nizamnamə kapitalında AİŞ-in iştirak payı minimum 20% təşkil edəcək.

İnvestisiya şirkətinin Milk-Pro-ya sərmayə qoyuluşu üzrə son qərarı birinci rüb ərzində AİŞ-in Müşahidə şurasında, AYİB-in qərarı isə - Direktorlar Şurasında qəbul olunacaq.

Xəbər lenti

Xəbər lenti