...

Bakıda Economic və Simple kateqoriyalı daşınmaz əmlakın qiymətləri 2006-cı ildə artıma liderlik edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2007 17:32 (UTC +04:00)

Azərbaycanın Caspian Property qiymətləndirmə şirkəti obyektlərin təsnifatına görə 2006-cı il üçün daşınmaz əmlakın qiymətlərinə yekun vurub. Bu barədə Trend şirkətə istinadən xəbər verir.

De luxes və Elite kateqoriyalı binalar əksər hallarda Bakının mərkəzində, Business və Comfort kateqoriyalı binalar - şəhərin ikinci zonasında (mərkəzin yaxınlığında) yerləşir. Şəhərin üçüncü və dördüncü zonalarında (ətraf rayonlarda) binaların əksəriyyəti Economic və Simple sinifli binalardır.

2006-cı ildə əsasən Economic və Simple binaların qiymətləri qalxıb, şəhərin daha nüfuzlu hissələrində isə qiymətlər demək olar ki, dəyişməyib və aşağıdakı kimi olub (2006-cı ildə orta hesabla):

Obyektin sinfi

1 kv.m-in qiyməti ($)

$)

De luxes

luxes

2120

Elite

1200

Business

910

Comfort

654

Economic

480

Simple

360

Xəbər lenti

Xəbər lenti