...

Xarici investorlar Azərbaycanın qızıl yatağının maliyyələşdirilməsinə qoşula bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2007 12:26 (UTC +04:00)

Anglo Asian Mining Plc "Gədəbəy" yatağının işlənməsi layihəsinə yerli və beynəlxalq bankların cəlb olunması ehtimalını nəzərdən keçirir. Bu barədə Trend şirkətin məlumatına istinadən xəbər verir.

Yatağın qiymətləndirilməsi başa çatıb və növbəti mərhələdə onun texniki əsaslandırması hazırlanacaq. TİƏ-nin 2007-ci ilin II rübündə başa çatacağı gözlənilir.

Yatağın qiymətləndirilməsi nəticəsində illik qızıl hasilatı ən azı 5 il ərzində unsiyaya görə 55-70 min səviyyəsində müəyyən olunub.

Kapital qoyuluşları 25 mln. ABŞ dollarını ötəcək. İstehsalat xərclərinin unsiyaya görə 275 ABŞ dolları səviyyəsindən aşağı olacağı gözlənilir.

31 yanvar 2007-ci il tarixində şirkətin nağd balansı 5,5 mln. ABŞ dolları təşkil edib.

Aktivləşdirilmiş kömürün yuyulması ilə məşğul olan müəssisənin satışından əldə olunmuş gəlirlər qızıl mədənlərinin tikintisini maliyyələşdirməyə imkan verəcəklər.

Bununla yanaşı şirkət Azərbaycanın "Ordubad" və "Qoşa" yataqları üzrə imkanların araşdırılmasını davam etdirir.

Xəbər lenti

Xəbər lenti