...

Azərbaycan ÜTT-yə daxil olmaq prosesi çərçivəsində Türkiyə, ABŞ və AB ilə ikitərəfli danışıqlara hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2007 16:41 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Azərbaycan hökuməti bu yaxınlarda Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq üçün bu yaxınlarda ikitərəfli danışıqların aparılacağı ölkələrin ilkin siyahısını müəyyənləşdirib. Xarici işlər nazirinin müavini, danışıqlar qrupunun rəhbəri Mahmud Məmmədquliyevin məlumatına əsasən,təxminən aprel ayında Türkiyə ilə məhsullar üzrə danışıqların aparılması planlaşdırılıb. Türkiyə ticarət rejiminin, məhz gömrük tariflərinin liberalizasiyasını təklif edir. Gömrük tarifləri daxili bazarın qorunması üçün əsas ölçüdür. Buna görə də, dövlət yerli istehsalçılar üçün maksimal münasib şərtlər yaratmalıdır. M.Məmmədquliyev hesab edir ki, Azərbaycanın xidmətlərə görə ÜTT katibliyinə təqdim etdiyi yeni təkliflərlə əlaqədar olaraq təqribən aprel-may aylarında ABŞ və Avropa Birliyi ilə danışıqların aparılması mümkün olacaq. "Bu, işçi qrupunun Cenevrədə danışıqların beşinci raundunun iclasında mümkün ola bilər. Lakin əgər, proses uzansa, görüş daha sonra təşkil olunacaq", deyə nazir müavini bildirib.

Onun fikrincə, Azərbaycan öz təkliflərində məqbul güzəştlərə getməyə çalışıb. Belə ki, xidmət bazarının liberalizasiyası ölkəyə investisiyanın cəlb olunması və yeni iş yerlərinin açılması üçün əsas istiqamətdir. M.Məmmədquliyev hesab edir ki, bununla yanaşı, liberalizasiya daxili istehalın qorunması və rəqabətin saxlanması ilə uyğun olmalıdır.

ÜTT-nin tələblərinə əsasən idxal olunan və yerli məhsul, xidmətlər üçün vahid rejim olmalıdır. O cümlədən, aksiz vergisinə görə, vahid tariflər müəyyən edilməlidir. AB və ABŞ mövqeyi ÜTT-yə daxil olmuş ölkənin gömrük tarifləri üzrə məsuliyyəti maksimal olaraq öz üzərinə götürməyə istiqamətlənib.

Bu gün Oman, Gürcüstan, Moldova ilə danışıqlar tamamilə yekunlaşıb. Bu dövlətlərin razılığı var və onlar Azərbaycanın təqdim etdiyi təklifləri qəbul edir və protokollar imzalamağa hazırdır. Gözlənilən mərasim - texniki andır və bu da ÜTT üzvləri ilə növbəti danışıqlar raundunda baş tuta bilər.

Xəbər lenti

Xəbər lenti