...

Azərbaycanda üç kredit ittifaqının lisenziyası ləğv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2007 15:20 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Azərbaycan Milli Bankı (MB) idarə heyətinin qərarı ilə üç kredit ittifaqı - "Qapon", "Etibar" və "Nardaran" ittifaqlarının lisenziyaları ləğv olunub. Bu barədə MB-dən məlumat verilib.

"Qapon" kredit ittifaqı (25 mart 2002-ci ildə lisenziya verilib) və "Etibar" kredit ittifaqının (5 iyun 2002-ci ildə lisenziya verilib) lisenziyalarının ləğvinə səbəb kvartal maliyyə hesabatlarının bir neçə hesabat dövrü ərzində MB-yə təqdim edilməməsidir. "Nardaran" (15 fevral 2005-ci ildə lisenziya verilib) bir ildən çoxdur ki, MB-dən lisenziyanın alınmasına baxmayaraq, fəaliyyət göstərmir.

"Kredit ittifaqları haqqında" qanuna əsasən, bu qeyri-bank kredit təşkilatları 11 nəfər tərkibdə yaradılır və öz üzvlərinin maliyyə vəsaitləri vasitəsilə kredit əməliyyatları həyata keçirir. Onlar həmçinin banklar kimi hər kvartal üçün MB qarşısında hesabat verməlidir.

Bu üç kredit ittifaqının bağlanması ilə əlaqədar respublikada fəaliyyət göstərən qeyri-bank kredit təşkilatlarının sayı 91-ə düşüb.

Xəbər lenti

Xəbər lenti