...

Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının iclası təxirə salınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2007 17:05 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/İqtisadiyyat, sənaye və texnologiyalar sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Yunanıstan hökumətlərarası komissiyasının (yeni strukturun formalaşdırılmasından sonra) birinci iclasının keçirilmə vaxtı ilkin olaraq aprelin əvvəlinə təyin olunub. Bu barədə bu gün İqtisadi İnkişaf Nazirliyindən məlumat verilib.

İclas 15-16 mart tarixində Yunanıstanda keçirilməli idi, lakin Azərbaycan tərəfi Yunanıstanı bir sıra obyektiv səbəblərdən vaxtın dəyişdirilməsininin məqsədəuyğun olduğu barədə məlumatlandırıb.

İclasda bütün istiqamətlərdə - kənd təsərrüfatı, sənaye, nəqliyyat, sahibkarlığın inkişafı sahələrində əməkdaşlığın müzakirə olunması nəzərdə tutulub.

"Yunanıstan tərəfindən irəli sürülən əsas məsələ Azərbaycan qazının idxalıdır. Bu məsələ olduqca vacibdir. Yunanıstan həmçinin Azərbaycanın bütün regional layihələrini dəstəkləyir. Bu ölkə ilə iqtisadiyyat sahəsində qarşılıqlı münasibətlərdə problem yoxdur", - deyə Azərbaycan tərəfindən komissiyanın rəhbəri Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev əvvəllər bildirib.

Azərbaycan və Yunanıstan arasında hökumətlərarası komissiya 2003-cü ildə yaradılıb.

Xəbər lenti

Xəbər lenti