...

ÜTT-yə daxilolma çərçivəsində Azərbaycanın sanitar və fitosanitar normalarına texniki yardım layihəsinin başlanması tarixi təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2007 15:59 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Almaniya hökuməti martın 27-də Azərbaycanın sanitar və fitosanitar normalarına texniki yardım layihəsinin başlanmasını elan edəcək. Bu barədə bu gün hökumətdən məlumat verilib.

Layihənin təqdimatını layihə qrupunun rəhbəri, Almaniyanın kənd təsərrüfatı nazirliyinin nümayəndəsi Rudiger Ost keçirəcək.

Texniki yardım çərçivəsində bu sahədə ölkədə mövcud olan sistemin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) sanitar və fitosanitar normalara uyğun tələblərinə əsasən adaptasiya etdirilməsi nəzərdə tutulub. Texniki dəstəyin vəsaitləri hesabına qanunvericiliyin təkmilləşdirilməsi, treninqlərin keçirilməsi nəzərdə tutulur.

Almaniya Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinə və ÜTT üzrə danışıq qrupuna mütəxəssislərin hazırlanmasına kömək edəcək. Layihə çərçivəsində Almaniyada treninq və təcrübə keçirilcək, ÜTT standartlarının tətbiqi üçün təlimatlar, qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlanıb.

Texniki yardım 2007-ci ilin sonuna qədər hesablanıb və qrantın həcmi 50 min avro səviyyəsində müəyyən edilib. Qrant müqaviləsi 2007-ci ilin yanvarında Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasovun Berlinə səfəri çərçivəsində əldə olunub.

Xəbər lenti

Xəbər lenti