...

AİB Azərbaycan iqtisadiyyatının qeyri-adi iqtisadi artımını elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Mart 2007 17:01 (UTC +04:00)
AİB Azərbaycan iqtisadiyyatının qeyri-adi iqtisadi artımını elan edib

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova / 2006-cı ildə neft-qaz hasilatı və ixracı hesabına Azərbaycan iqtisadiyyatında qeyri-adi iqtisadi artım müşahidə olunub. Bu barədə Asiya İnkişaf Bankının 2007-ci il üçün elan etdiyi "Asiyanın inkişafı. Artım və dəyişikliklər" icmalında göstərilib.

Hesabatda qeyd olunub ki, karbohidrogen ehtiyatlarının hasilatına qoyulan xarici investisiyalar bu sahədə irimiqyaslı layihələrin istismara verilməsi ilə əlaqədar olaraq azalmağa başlayıb.

2006-cı ildə Azərbaycanda ÜDM-in artımı 32 faiz təşkil edib. ÜDM-in 54 faizi neft-qaz sahəsində istehsalın payına düşüb ki, bu da 2005-ci il göstəricisindən 42 faiz çoxdur.

AİB-in icmalında göstərilib ki, hasilatın 48 faizə, ixracın isə 60 faizə qədər artırılması ilə əlaqədar olaraq, neft-qaz sektoru ÜDM-in artrımında əsas yeri təşkil edib.

Neft hasilatı və ixracının artması "Azəri-Çıraq-Günəşli" yatağında neftin hasilatı və Bakı-Tiflis-Ceyhan kəmərinin işə düşməsi ilə əlaqədardır.

2006-cı ildə tikinti sahəsində artım BTC kəmərində işlərin qurtarması ilə əlaqədar 2005-ci ildəki 16 faizə qarşı 14 faiz olub.

2006-cı ildə xarici əmtəə mübadiləsi 7,9 mlrd. dollar təşkil edib ki, bu da rekord göstərici hesab olunur. Bunun əsas hissəsi isə (84 faiz) neft ixracının payına düşür. Ümumilikdə Azərbaycan məhsullarının ixracı 60,7 faiz artıb. 2006-cı ildə maşın və avadanlıqların alınmasının azalması və əsas layihələrə sərmayələrin azalması nəticəsində xarici əməliyyatların artımı 4,5 faiz aşağı düşüb.

Xəbər lenti

Xəbər lenti