...

Azərgarant sığorta şirkəti nizamnamə kapitalını artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2007 17:09 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova / Azərgarant sığorta şirkəti nizamnamə kapitalını 40 faiz artıraraq 1 mln. manatadək çatdıracaq. Azərgarant-ın idarə heyəti rəhbərinin müavini Şükür Hüseynovun cümə günü bildirdiyinə görə, hazırda şirkətin nizamnamə kapitalı 700 min manat təşkil edir.

2006-cı ildə Azərgarant-ın gəlirləri təxminən iki dəfə azalıb. Bu şirkətin iki əsas sığorta növünə görə: avtomobillərin məcburi sığorta növü - KASKO və əmlakın sığortası lisenziyanın müvəqqəti ləğvi ilə əlaqədar olub.

1993-cü ildən etibarən fəaliyyət göstərən Azərgarant 25 növ sığorta xidməti göstərir, bunun da üç növü məcburidir.

Xəbər lenti

Xəbər lenti