...

Unileasing yeni "Fiziki şəxslər üçün avtomobil lizinqi" layihəsinin tətbiqinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Aprel 2007 20:59 (UTC +04:00)

Azərbaydcan, Bakı/müxbir Trend İ.Xəlilova / "Unileasing" fiziki şəxslr üçün yeni, minik avtomobillərin lizinqi adlı lizinq layihəsini təklif edib. Bu barədə şirkətdən məlumat verilib

Fəaliyyətinin birinci günlərindən "Unileasing" şirkətinin mütəxəssislər öz korporativ avtonəqliyyat parkının təkmilləşdirməsi və yeniləşdirilməsi ilə məşhul olan müştərilər üçün minik və yük maşınlarını əldə etmək üçün universal program hazırlamışdılar. Amma axırıncı illərin tendensiyası avtomobillərə olan tələbatında xeyli yüksəliş olmasını təsdiq edir. Bundan əlavə mövcud olan tələbatını maliyyəşdirmək ehtiyacı da artır.

Həm respublikanın regionlarında, həm də şəhərin mərkəzində avtomobillərin lizinqi "Unileasing" fəaliyyətinin önəmli istiqamətlərindən biridir və bu məsələni nəzərə alaraq, şirkət "Fiziki şəxslər üçün minik avtomobillərin lizinqi" yeni layihəsini tətbiq etməyə başlayıb.

Bu layihənin çərçivəsində Azərbaycan Respublikasının hər vətəndaşı 20%-dək avans ödəməklə və 2,5% sığorta tarifi olmaqla aşağı faiz dərəcəsilə - illik 18-23%, avtomobilləri lizinqa əldə edə bilər.

"Unileasing" respublikanın ərazisində servis mərkəzi mövcud olan rəsmi distribütor tərəfindən təqdim olunan yeni avtomobillərin alınmasını 4 il müddətinə kimi maliyyəşdirmək nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti