...

Azərbaycan üzrə TACİS milli fəaliyyət planı ilə bağlı maliyyə memorandumunun imzalanması gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2007 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ May ayının birinci yarısında 2006-cı maliyyə ilinə Azərbaycan üzrə TACİS milli fəaliyyət planı ilə bağlı maliyyə memorandumunun imzalanması gözlənilir. Bu barədə çərşənbə axşamı Avropa İttifaqının Azərbaycana texniki yardım proqramının (Tacis) büro koordinatoru Rüfət Məmmədov məlumat verib. Plan Avropa Komissiyası tərəfindən 15 iyun 2006-cı ildə təsdiqlənib.

Memorandumun imzalanması ilə bağlı gecikmələr bura daxil olan layihələrin reallaşdırılmasına hələ ki, təsir etmir. Belə ki, Avropa İttifaqının Azərbaycana texniki yardım proqramının (TACİS) koordinator bürosu onlar üçün texniki tapşırıqlar hazırlayır.

2006-cı ilin fəaliyyət planına investisiya mühitinin yaxşılaşdırılması (3 mln. avro), İqtisadi İnkişaf Nazirliyinin institutsional inkişafı (3 mln. avro), texniki peşə təhsili sisteminin inkişafı (3 mln. avro), tvininq proqramının hazırlanması (6,5 mln. avro) və Aİ və Azərbaycan arasında əməkdaşlıq və partnyorluq barədə Sazişin reallaşdırılmasılna yardım (3,5 mln. avro) layihələri daxildir.

Xəbər lenti

Xəbər lenti