...

"Aqrar-kredit" təsisçiləri Nizamnamə Kapitalının artırılması barədə qərar qəbul ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2007 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ "Aqrar-kredit" qeyri-bank kredit təşkilatı təsisilərinin yığıncağı yarım il ərzində Nizamnamə Kapitalının 20 mln. manata qədər artırılması barədə qərar qəbul edib. Bu barədə cümə axşamı "Aqrar-kredit"-dən məlumat veriblər. Hazırda bu məbləğ 11,3 mln. manat müəyyənləşdirilib.

Nizamnamə Kapitalının müəyyən olunmuş miqdara çatdırılması üç mənbə hesabına həyata keçiriləcək. Vəsaitin böyük hissəsi (6,3 mln. manat) Dünya Bankı tərəfindən "Altı pilot təsərrüfatı" layihəsi çərçibəsində "Aqrar-kredit"-in idarəçiliyinə verilmiş vəsaitlərin hesabına təmin olunacaq. Digər hissə 2006-cı ilin yekunlarına görə kredit təşkilatının aldığı 1 mln. dollar dəyərindəki dividentlərin hesabına mümkün olacaq. Bu vəsait Dövlət Büdcəsinə göndərilməli idi, lakin təsisçilərin qərarı ilə kapitalın artırılmasına yönəldiləcək. Qalan hissəni isə (2-3 mln. manat) Maliyyə Nazirliyi 2007-ci ilin Dövlət Büdcəsi proqnozlarına düzəliş zamanı daxil edəcək.

"Aqrar-kredit" 5 səhmdar - maliyyə, kənd təsərrüfatı nazirlikləri, Meliorasiya və su təsərrüfatı Dövlət Komitəsi, "Azərsığorta" Dövlət Şirkəti və kənd təsərrüfatına yardım Agentliyi (Artıq Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyindədir) tərəfindən yaradılıb.

Xəbər lenti

Xəbər lenti