...

Martda qiymət artımının real effektiv məzənnəyə təsiri əhəmiyyətli olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2007 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Azərbaycanın Milli Bankı (AMB) təsdiqləyir ki, ötən ilin dekabrı ilə müqayisədə 2007-ci ilin martında milli manatın nominal effektiv məzənnəsi (NEM) Azərbaycanın ticarət tərəfdaşlarının valyutalarına nisbətdə bahalaşıb. Bu barədə AMB-dən məlumat veriblər.

Ümumi ticarət dövriyyəsində məzənnə 0,1 faiz artıb. 2006-cı ilin analoji dövrü ilə müqayisədə NEM ümumi ticarət dövriyyəsində 1,7 faiz, ixracatda 2,5 faiz və idxalda 0,5 faiz ucuzlaşıb.

AMB-nin hesablamalarına əsasən, ötən ilin sonu ilə müqayisədə martda NEM-in qeyri-neft sektoru üzrə ümumi ticarət dövriyyəsi və idxaldakı göstəriciləri dəyişməz qalıb. İxracatda isə 0,2 faizlik ucuzlaşma müşahidə olunub. 2006-cı ilin analoji dövrü ilə müqayisədə kurs müvafiq olaraq 0,5 faiz, 0,2 faiz və 1,5 faiz artıb.

Nominal valyuta məzənnəsinin martdakı dəyişikliyi ümumi ticarət dövriyyəsində real effektiv məzənnəyə 1,3 faiz təsir edib. Qiymətlərdəki dəyişikliklər (neft sektoru nəzərə alınmaqla) isə 98,7 faiz. Bu o deməkdir ki, nominal məzənnənin və qiymətlərin dəyişməsi real effektiv məzənnəyə artım təsiri göstərib.

2000-ci dekabrı ilə müqayisədə 2007-ci ilin martında manatın NEM-i xarici ticarətdə (neft sektoru nəzərə alınmaqla) 9,9 faiz, idxalda 4 faiz, ixracatda 14,1 faiz azalıb. Qeyri-neft sektorunda isə manatın NEM-i ümumi ticarətdə və ixracatda müvafiq olaraq 1,5 faiz və 11,5 faiz artıb, idxalda isə 0,3 faiz azalıb.

Xəbər lenti

Xəbər lenti