...

Azərbaycanın çay istehsalçıları məhsullarını ixrac edə bilmirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2007 17:57 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Almaniyanın Texniki Təşəbbüs Cəmiyyəti (GTZ) Azərbaycanın cənub regionunda çayçılığın inkişafı Konsepsiyasını hazırlamağı planlaşdırır. Bu barədə cümə axşamı Azərbaycanda özəl sahənin dəstəklənməsi proqramının meneceri Mixael Qerlix məlumat verib. Hazırda GTZ Astarada çay fabrikləri arasında əlaqələrin yaradılması üçün yardım göstərir.

"Çay istehsalına yardım göstərilməsində məqsədimiz bu sahənin respublikaya idxal olunan analoji məhsullara rəqabət qabiliyyətini yaratmaqdır", - deyə M.Qerlix bildirib. Onun fikrincə, Azərbaycan çayı hələ xarici bazarlara çıxmır və Azərbaycanda bu məhsula olan böyük tələbatı nəzərə alaraq gələcək perspektivdə də buna hazırlaşmır.

Hətta Astarada çay plantasiyalarının orada yığılmış çayın hesabına bərpa olunmasından sonra bu rayonun tələbatının 15 faizini təmin etmək mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti