...

"Azərbaycan Sənaye Sıgorta" şirkətində struktur dəyişikliklər gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2007 15:43 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " Ü.İsmayılova/ "Azərbaycan Sənaye Sıgorta" şirkəti yeni direktorun yolunu gözləyir. Bu barədə şirkət rəhbərinin səlahiyyətlərini icra edən, sığorta mütəxəssisi Orxan Vəliyev məlumat verib.

Şirkət yeni təyinatla bağlı qərarı "Azərbaycan Sənaye Bank"ının təsisçilərindən gözləyir.

Vəliyevin sözlərinə görə, şirkət yeni rəhbərin təyinatından sonra daxildə ciddi dəyişikliklərin baş verəcəyinə ümid edir.

"Azərbaycan Sənaye Sıgorta"nın ilin birinci rübündəki sığorta mükafatları 0,28 mln. manat, ödəmələr isə 0,03 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti