...

Azərbaycanda quş qripi üzrə növbəti monitorinq başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2007 19:33 (UTC +04:00)
Azərbaycanda quş qripi üzrə növbəti monitorinq başa çatıb

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanda quş qripinin yayılmasına qarşı mübarizə çərçivəsində keçirilən monitorinq bu gün başa çatıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəlinin verdiyi məlumata görə, monitorinq köçəri quşlarda virus aşkar etməyib.

Onun sözlərinə görə, monitorinq Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkərandakı milli parkları əhatə edəcək. Monitorinq zamanı çöl və ev təsərrüffatlarındakı quşlardan götürülmüş laborator nümunələrin cavabı iyunun 2-də elan olunacaq.

"Monitorinqin ilkin yekununa əsasən söyləmək olar ki, Azərbaycanda quş qripi virusu yoxdur",- deyə Xanvəli söyləyib.

2006-cı ildən etibarən Azərbaycanda 10-dan yuxarı monitorinq keçirilib və nəticədə isə virus aşkar olunmayıb. Buna baxmayaraq ölkənin bütün sərhəd keçid məntəqələrindəki baytarlıq xidmətləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Vəhşi quşların ovu, satışı və istifadəsinə qoyulmuş qadağa qüvvədədir.

Xəbər lenti

Xəbər lenti