...

Azərbaycan prezidenti Global Steel şirkətinin rəhbərini qəbul edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2007 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Global Steel şirkətinin rəhbəri Promod Mittalı qəbul edib.

Görüşdə Mittal qeyd edib ki, Azərbaycan iqtisadiyyatın inkişafında böyük uğurlara nail olub. O hesab edir ki, Azərbayacanın iştirakı ilə həyata keçirilən qlobal enerji layihələri ölkə iqtisadiyyatının inkişafına xidmət edir.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda yüksək iqtisadi artım müşahidə olunur. Növbəti illərdə neft-qaz hasilatının artırılması ilə Azərbaycan mühim hasilat və ixracatçı ölkəyə çeviriləcək.

Görüşdə gələcək əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti